Yaponiyada qadın ərinin 520 xəyanətini komiksə çevirdi – Hekayə viral oldu– FOTO

Hazırda oxunan: Yaponiyada qadın ərinin 520 xəyanətini komiksə çevirdi – Hekayə viral oldu– FOTO

586081

Yaponiyada yaşayan Nemu Kusano adlı qadın ərinin 520 dəfə xəyanət etdiyini sənədləşdirərək şəxsi faciəsini komiks formasına salıb.

Bizim.Media xəbər verir ki, bu barədə scmp.com saytı yazıb.

Nadir xəstəlikdən əziyyət çəkən oğlunu təkbaşına böyüdən qadın ərinin eskort qadınlar və porno aktrisalarla münasibətlərini cədvəllər və telefon yazışmaları əsasında üzə çıxarıb.
 

Ərinin “seks asılılığı” diaqnozu aldığını bildirən Kusano, intiqam yerinə oğlunun gələcəyini seçdiyini deyib. Hazırda ayrı yaşayan qadın yapon manqa rəssamının köməyi ilə həyat hekayəsini komiks və kitab halında nəşr etdirib.


Onun hekayəsi xüsusilə Çində sosial şəbəkələrdə geniş rezonans doğurub və bir çox qadın tərəfindən cəsarətverici nümunə kimi qiymətləndirilib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin