Avropa İttifaqı Şurası: Gürcüstanın üzvlük prosesi dalana dirənib

Hazırda oxunan: Avropa İttifaqı Şurası: Gürcüstanın üzvlük prosesi dalana dirənib

586068

Avropa İttifaqı Şurası bəyan edib ki, Gürcüstanın Aİ-yə inteqrasiya prosesi ölkə hakimiyyətinin avrointeqrasiyaya sarsılmaz sadiqliyini nümayiş etdirənədək dayandırılıb.

Bizim.Media xəbər verir ki, bəyanatda demokratiya, insan hüquqları və hüququn aliliyi sahələrində ciddi geriləmənin müşahidə edildiyi vurğulanır.
 

Qeyd olunur ki, repressiv qanunların qəbulu, məhkəmə sistemindən siyasi məqsədlərlə istifadə, müxalifət və jurnalistlərin təqibi, vətəndaş cəmiyyətinin fəaliyyət imkanlarının daraldılması, eləcə də dezinformasiyanın yayılması narahatlıq doğurur.


Aİ Gürcüstanı saxlanılan şəxsləri azad etməyə, repressiv qanunları ləğv etməyə, demokratik islahatlar aparmağa və Avropa İttifaqına qarşı aqressiv ritorikaya son qoymağa çağırır.

Eyni zamanda, vizasız rejimlə bağlı tövsiyələrin yerinə yetirilməsi və xarici siyasətin Aİ-nin mövqeyi ilə uzlaşdırılması, o cümlədən Rusiya və Belarusa qarşı sanksiyalara qoşulmaq tələbi irəli sürülür. Avropa İttifaqı Şurası Gürcüstanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin