Bu ölkə hər il 4 milyard dollar itirir – NEFTİ OĞURLANIR

Hazırda oxunan: Bu ölkə hər il 4 milyard dollar itirir – NEFTİ OĞURLANIR

58603

Nigeriya neft oğurluğu səbəbindən hər il orta hesabla 4 milyard dollar itirir.

Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə informasiyanı Nigeriyanın Neft Tənzimləmə Komissiyasının (NUPRC) rəhbəri Qbenqa Komolafe yayıb.

Onun sözlərinə görə, ölkə Niger deltası bölgəsindən qanunsuz keçən boru kəmərləri səbəbindən sutkada 150 min barel neft itirir.

Komolafe bildirib ki, Nigeriya prezidenti Məhəmməd Buharinin administrasiyası qeyri-qanuni fəaliyyətlərin qarşısını almaq üçün tədbirləri təsdiqləyib və yaxın vaxtlarda neft oğurluğuna son qoyulacaq.
NUPRC rəhbəri onu da qeyd edib ki, Nigeriya neft hasilatını sutkada 3 milyon barrelə çatdırmağı planlaşdırır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin