Macarıstan Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı Aİ-nin bəyanatını blokladı

Hazırda oxunan: Macarıstan Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı Aİ-nin bəyanatını blokladı

586001

Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı çıxan Budapeşt Aİ-nin genişlənmə ilə bağlı illik bəyanatını bloklayıb. Həmin bəyanatda Kiyevin Avropa inteqrasiyası prosesinə müsbət qiymət verilirdi.

Bizim.Media xəbər verir ki, bu barədə DW yazıb.

Buna baxmayaraq, Aİ-yə üzv 26 ölkə Ukraynanın Brüsselin tələblərini yerinə yetirməkdə irəliləyiş əldə etdiyini təsdiqləyib.
 

Aİ-də bildirilib ki, Macarıstanın vetosu hələlik üzvlüklə bağlı formal danışıqların başlanmasına imkan vermir, lakin qeyri-rəsmi məsləhətləşmələr davam edir.


Berlin Budapeştin bu addımlarını “getdikcə daha destruktiv” adlandıraraq vurğulayıb ki, Macarıstanın vetosu aradan qaldırılsa, Ukrayna üzvlük prosesini sürətləndirə bilər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin