ABŞ Pakistana təzyiq göstərir – TƏLƏB BUDUR

Hazırda oxunan: ABŞ Pakistana təzyiq göstərir – TƏLƏB BUDUR

585993

Pakistan ordusunun baş komandanı Asim Munirin yaxın həftələrdə Vaşinqtona gedərək ABŞ prezidenti Donald Trampla görüşəcəyi bildirilir. Bu, son altı ay ərzində üçüncü görüş olacaq və müzakirələr əsasən Qəzza sektorunda Beynəlxalq Sabitləşdirmə Qüvvələrində (ISF) Pakistan Silahlı Qüvvələrinin mümkün iştirakı ilə bağlı məsələlərə həsr olunacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Reuters agentliyinə iki mənbə məlumat verib.

Qeyd olunur ki, Pakistan hakimiyyətinin əsas narahatlığı ABŞ-ın dəstəklədiyi plan çərçivəsində Qəzzaya Pakistan qoşunlarının göndərilməsinin ölkə daxilində ABŞ və İsrailə kəskin mənfi münasibət bəsləyən islamçı partiyaların etirazlarını yenidən alovlandıra bilməsidir.
 

Məlumata görə, Munir Vaşinqtonla İslamabad arasında illərdir mövcud olan qarşılıqlı etimadsızlığı aradan qaldırmaq məqsədilə Trampla yaxın münasibətlər qurub. İyun ayında o, Ağ Evdə nahara dəvət olunub ki, bu da ABŞ prezidentinin Pakistan ordusunun rəhbərini mülki rəsmilərsiz, təkbətək qəbul etdiyi ilk hal olub.


Ekspertlər vurğulayırlar ki, Qəzzada sabitləşdirmə qüvvələrində iştirakdan imtina Trampı qəzəbləndirə bilər. Bu isə Pakistan üçün əhəmiyyətlidir, çünki ölkə ABŞ investisiyalarını və təhlükəsizlik sahəsində yardımı təmin etmək baxımından Vaşinqtonla yaxşı münasibətlərin qorunmasında maraqlı görünür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin