15 ölkə Ukraynaya maliyyə və silah yardımı göstərmək barədə öhdəlik götürüb.
Bizim.Media xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Denis Şmıqal bildirib.
Onun sözlərinə görə, Almaniya 2026-cı ildə hərbi dəstək üçün 11,5 milyard avro ayıracaq:
“Böyük Britaniya dondurulmuş Rusiya aktivləri, dövlət büdcəsi və tərəfdaş vəsaitləri hesabına 600 milyon funt sterlinq məbləğində Ukraynanın HHM imkanlarını gücləndirəcək.
Kanada dronlar üçün əlavə 30 milyon Kanada dolları ayıracaq.
Niderland PUA-lar üçün 700 milyon avro vəd edib.
Monteneqro, Danimarka və Yeni Zelandiya NATO müttəfiqlərinə ABŞ-dan Ukrayna üçün silah almağa imkan verən PURL təşəbbüsünə töhfə verəcək.
Estoniya İT-koalisiya çərçivəsində 9 milyon avro ayıracaq.
Litva 2026-cı ildə Ukraynaya hərbi dəstək üçün 200 milyon avrodan çox, Latviya isə ÜDM-in azı 0,25%-i həcmində – təxminən 110 milyon avro yardımını davam etdirəcək.
Lüksemburq 100 milyon avro, həmçinin PURL çərçivəsində 15 milyon ABŞ dolları ayıracaq.
Norveç ümumilikdə təxminən 7 milyard ABŞ dolları həcmində hərbi yardım vəd edib.
Portuqaliya PUA-lar üçün 10 milyon avro ayıracaq.
Polşa 155 mm-lik mərmilər tədarük edəcək, Çexiya isə 760 min ədəd artilleriya mərmisinin maliyyələşdirilməsini üzərinə götürəcək”.
Bizim.Media







































































































