Putinin Türkiyəyə səfəri GÖZLƏNİLİR

Hazırda oxunan: Putinin Türkiyəyə səfəri GÖZLƏNİLİR

585931

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə rəsmi səfərinin 2026-cı ildə baş tutacağı gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə RİA Novosti-yə Türkiyənin diplomatik mənbəsi məlumat verib.
 

“Rusiya liderinə dəvət ən yüksək səviyyədə səsləndirilib. Bu səfəri gözləyirik və ümid edirik ki, gələn il reallaşacaq”, - deyə agentliyin həmsöhbəti bildirib.


O qeyd edib ki, səfərin tarixləri hələ müəyyənləşdirilməyib.

Qeyd edək ki, dekabrın 12-də Rusiya prezidenti mətbuat katibi Dmitri Peskov da Vladimir Putinin Türkiyəyə səfər etmək üçün qüvvədə olan dəvətinin olduğunu bildirmişdi. Onun sözlərinə görə, imkan yaranarsa, belə bir səfər təşkil olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin