Avstraliyada atəş açan şəxsi zərərsizləşdirən suriyalıya 1 milyon dollardan çox ianə toplandı

Hazırda oxunan: Avstraliyada atəş açan şəxsi zərərsizləşdirən suriyalıya 1 milyon dollardan çox ianə toplandı

585886

Avstraliyada Sidneyin Bondi çimərliyində hücuma məruz qalan insanları qoruyan suriyalı meyvə taciri Əhməd əl-Əhməd üçün toplanan ianələrin ümumi məbləği 1 milyon ABŞ dollarını ötüb.

Bizim.Media xəbər verir ki, hadisə 15 dekabrda Xanuka bayramı zamanı baş verib. Əhməd əl-Əhməd hücumçunu zərərsizləşdirərək yüzlərlə insanın həyatını xilas edib. O, həmçinin əllərindən silah yarası alıb, əməliyyat olunub və hazırda xəstəxanada müalicəsini davam etdirir. Həkimlərin sözlərinə görə, onun həyatı təhlükədə deyil.

Hücumdan sonra tanınmış yəhudi investor və milyarder Bill Akman Əhməd əl-Əhməd və onun ailəsi üçün fond kampaniyası təşkil etməyə çağırıb. Tezliklə bir platformada ianə toplama kampaniyası başlayıb və Akman özü 100 min dollar bağışlayıb.

Kampaniya cəmiyyətin böyük diqqətini cəlb edib: minlərlə insan dəstəyini bildirib və ümumi ianə məbləği 1 milyon dollardan çox olub. Gözlənilir ki, ianələr toplama prosesi davam edəcək və məbləğ daha da artacaq.

Xatrıladaq ki, terrorda 15 nəfər həlak olub, 40 nəfər yaralanıb. Həlak olanların yaşı 10-dan 87-yə qədərdir. Hücumçulardan biri, 24 yaşlı Navid Akram hadisə yerində ağır vəziyyətdə həbs olunub, onun atası isə hadisə zamanı həlak olub.

Hücum rəsmi olaraq terror aktı kimi qiymətləndirilib. Avstraliya Təhlükəsizlik Xidməti (ASIO) və federal polis genişmiqyaslı istintaqa başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin