Kreml yeni ilədək atəşkəs təklifinə “hə” deyəcəkmi? – Peskovdan AÇIQLAMA

Hazırda oxunan: Kreml yeni ilədək atəşkəs təklifinə “hə” deyəcəkmi? – Peskovdan AÇIQLAMA

585840

“Biz tamhüquqlu sülh istəyirik. Ukraynaya nəfəs dərmək və müharibəni davam etdirməyə hazırlaşmaq imkanı verəcək atəşkəs istəmirik”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kiyevin Milad atəşkəsi təklifinə Moskvanın münasibətini şərh edərkən deyib.

Onun sözlərinə görə, hazırda əsas məsələ ABŞ prezidenti Donald Trampın ifadə etdiyi kimi, razılaşmaya gedilib-getməməsidir.

Peskov əlavə edib ki, Moskvanın mövqeyi ardıcıldır, şəffafdır və həm ABŞ-da, həm də Ukraynada yaxşı məlumdur.

“Biz bu müharibəni dayandırmaq, məqsədlərimizə nail olmaq, maraqlarımızı təmin etmək və Avropada gələcək üçün sülhü zəmanət altına almaq istəyirik”, — deyə o bildirib. (Mənbə: İnterfaks)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin