Maduro amerikalılara səsləndi: “Ölkənizdə “dəli adamlar”ın əl-qolunu bağlayın”

Hazırda oxunan: Maduro amerikalılara səsləndi: “Ölkənizdə “dəli adamlar”ın əl-qolunu bağlayın”

585793

Venesuela Prezidenti Nikolas Maduro milli televiziya efirində çıxışı zamanı ABŞ vətəndaşlarına müraciət edərək, müharibə istəyən və guya neft əldə etmək niyyəti güdən "hərbçi dəli adamlar”ın əl-qolunu bağlamağa çağırıb.

Bizim.Media xəbər verir ki, Maduro həmçinin ABŞ-ın həmkarlar ittifaqlarının, siyasi və dini liderlərinin, eləcə də sadə vətəndaşlarının vicdanına və baxışlarının ciddiliyinə ümid etdiyini bildirib.

Venesuela prezidentinin sözlərinə görə, ABŞ-da bir çox ictimai rəy liderləri Amerikada sülhün dəyərini, ABŞ-a, beynəlxalq hüquqa hörmət edən, sülhsevər və pasifist ölkə olan Venesuelaya hörmətin vacibliyini dərk edirlər.

Qeyd edək ki, Nikolas Maduro ABŞ-dakı “hərbçi dəli adamlar” ifadəsi ilə hərbi müdaxiləyə meylli siyasətçiləri, xüsusən də Donald Trampı nəzərdə tutur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin