Xameneinin müşavirindən sərsəm AÇIQLAMA: “Tehran Zəngəzur dəhlizinə qarşıdır”

Hazırda oxunan: Xameneinin müşavirindən sərsəm AÇIQLAMA: “Tehran Zəngəzur dəhlizinə qarşıdır”

585767

“Tramp marşrutu” (TRIPP) faktiki olaraq Zəngəzur dəhlizi layihəsini təkrarlayır. Tehran bu layihəyə qəti şəkildə qarşı çıxır.

Bizim.Media İRNA-ya istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti İslam Respublikasında Ermənistanın səfiri Qriqor Akopyanla görüşü zamanı deyib.

«İran lap əvvəldən bu dəhlizə qarşı olub, çünki regional sərhədlərin istənilən dəyişikliklərini qəbul etmir və öz təhlükəsizliyinə təhdidlərdən ehtiyatlanır», – deyə Vilayəti bildirib.

Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi İranın şimalında NATO-nun peyda olmasına gətirib çıxara bilər ki, bu da İranın şimalı və Rusiyanın cənubu üçün ciddi təhlükəsizlik riskləri yaradacaq.

Vilayəti həmçinin qeyd edib ki, ABŞ “həssas regionlara” iqtisadi təşəbbüs kimi təqdim olunan layihələr vasitəsilə daxil olmaq təcrübəsinə malikdir və bu təşəbbüslər sonradan tədricən hərbi və təhlükəsizlik xarakterli mövcudluğa çevrilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin