Daha bir təyyarə qəzası - Ölənlər var - VİDEO

Hazırda oxunan: Daha bir təyyarə qəzası - Ölənlər var - VİDEO

585765

Meksikada, Mexiko ştatının Toluka şəhərindəki beynəlxalq hava limanı yaxınlığında özəl biznes-jet qəzaya uğrayıb. İlkin məlumata görə, ən azı altı nəfər həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə ştatın mülki müdafiə xidməti sosial şəbəkədə məlumat yayıb.

Söhbət XA-PRO bort nömrəli Cessna Citation III tipli özəl reaktiv təyyarədən gedir. Təyyarə Gerero ştatının Akapulko şəhərindən havaya qalxaraq Toluka istiqamətində uçurmuş. Göyərtədə səkkiz sərnişin və iki ekipaj üzvü olub. İlkin məlumatlara əsasən, altı nəfər ölüb.

Təyyarə yerə düşərkən anqarlarla toqquşub, bundan sonra yanğın başlayıb. Zərbədən sonra güclü alovlanma baş verib və hadisə yerindən qalın qara tüstü qalxıb. Qəza hava limanına yaxınlaşma zamanı baş verib.

Aviaqəzanın səbəbləri hazırda araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin