ABŞ prezidenti Donald Tramp bazar ertəsi Florida ştatının Cənub dairə məhkəməsinə Böyük Britaniyanın BBC teleradiokorporasiyasına qarşı böhtan iddiası qaldırıb və ən azı 5 milyard dollar məbləğində təzminat tələb edib.
Bizim.Media xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
İddianın səbəbi BBC-nin Trampın çıxışından parçaları qərəzli şəkildə montaj etməsi olub. Trampın fikrincə, bu redaktə ictimaiyyətdə onun tərəfdarlarını Kapitoli binasına hücuma çağırdığı təəssüratını yaradıb.
Agentliyin yazdığına görə, ABŞ prezidenti bununla da “özünün yalan və ya ədalətsiz hesab etdiyi media işıqlandırmasına qarşı mübarizəsində beynəlxalq cəbhə açıb”.
Tramp çıxışının təhrif edilməsinin Panorama proqramının buraxılışında baş verdiyini bildirib. O, proqramda təqdim olunan obrazını “yalançı, böhtan xarakterli, çaşdırıcı, nüfuzdan salan, təxribatçı və qərəzli” adlandırıb. Prezident vurğulayıb ki, sözügedən buraxılış 2024-cü il prezident seçkilərinə bir həftə qalmış efirə gedib və bunu seçkilərin nəticələrinə təsir göstərmək cəhdi kimi qiymətləndirir. (Mənbə: kommersant.ru)
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:05 / 16.12.2025
Tramp BBC-ni məhkəməyə verib: 5 milyard dollar təzminat tələb edir
Hazırda oxunan: Tramp BBC-ni məhkəməyə verib: 5 milyard dollar təzminat tələb edir
Hazırda oxunan: Tramp BBC-ni məhkəməyə verib: 5 milyard dollar təzminat tələb edir
585751
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































