“Çoxsaylı məsələlərdə həqiqətən irəliləyiş əldə olundu, lakin əldə etdiyimiz nəticələri qarşı tərəfin necə qəbul edəcəyini bilmirəm. Amma vacib olan odur ki, biz eşidildik”.
Bizim.Media xəbər verir ki, bunu sülh danışıqları ilə əlaqədar Berlində səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya Kansleri Fridrix Merts ilə birgə mətbuat konfransında deyib.
Zelenski müzakirələrdə yer alan bəzi məsələlərin Ukraynanın mövqeyinə zidd olduğunu qeyd edib:
“Mənim üçün Ukraynanın ləyaqəti və ərazi məsələləri çox əhəmiyyətlidir. Bu, əlbəttə ki, çox ağrılı məsələdir. Rusiya çox şey istəyir. Bu, çox uzun bir dialoqdur. Biz onların nə istədiyini çox yaxşı anlayırıq. İnsanlar buna inana bilir, ya da inanmaya bilir. Amma biz tam dəqiq bilirik ki, onlar nə istəyirlər”.
Bizim.Media

- A-
- A
- A+
Dünya
06:16 / 16.12.2025
Zelenski: “Rusiya çox şey istəyir və biz onların nə istədiyini çox yaxşı anlayırıq”
Hazırda oxunan: Zelenski: “Rusiya çox şey istəyir və biz onların nə istədiyini çox yaxşı anlayırıq”
Hazırda oxunan: Zelenski: “Rusiya çox şey istəyir və biz onların nə istədiyini çox yaxşı anlayırıq”
585734
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































