Dünya ölkələrinin liderləri Ukraynada sülh üzrə danışıqlar üçün Berlində toplaşıblar.
Bizim.Media xəbər verir ki, Almaniyanın paytaxtında dünəndən etibarən Ukrayna, ABŞ və Avropa ölkələrinin nümayəndə heyətləri arasında Rusiya–Ukrayna müharibəsinin necə başa çatdırılması ilə bağlı danışıqların davam etdiyi Berlində liderlər bir araya gəliblər.
Həmin şəxslərin siyahısını təqdim edirik:
Ukrayna prezidenti Volodimir Zelenski;
Almaniya kansleri Fridrix Merts;
Fransa prezidenti Emmanuel Makron;
Finlandiya prezidenti Aleksandr Stubb;
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen;
Polşanın baş naziri Donald Tusk;
İtaliyanın baş naziri Corcia Meloni;
Norveçin baş naziri Yonas Qar Store;
Danimarkanın baş naziri Mette Frederiksen;
İsveçin baş naziri Ulf Kristersson;
Niderlandın baş naziri Dik Sxoof;
ABŞ-dan danışıqlar aparan nümayəndələr Stiv Uitkoff və Cared Kuşner;
NATO-nun baş katibi Mark Rütte.
Bununla yanaşı, agentliklər tərəfindən yayımlanan fotolarda Böyük Britaniyanın baş naziri Kir Starmer görünmür, lakin The Guardian yazır ki, o da danışıqlarda iştirak etməlidir.







Bizim.Media

- A-
- A
- A+
Dünya
23:24 / 15.12.2025
Ukraynada sülh üzrə danışıqlar üçün Berlində toplanan liderlərin FOTOLARI
Hazırda oxunan: Ukraynada sülh üzrə danışıqlar üçün Berlində toplanan liderlərin FOTOLARI
Hazırda oxunan: Ukraynada sülh üzrə danışıqlar üçün Berlində toplanan liderlərin FOTOLARI
585722
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































