Volkswagen ilk dəfə Almaniyada zavodunu bağlayır - 35 min işçi....

Hazırda oxunan: Volkswagen ilk dəfə Almaniyada zavodunu bağlayır - 35 min işçi....

585646

Alman avtomobil istehsalçısı Volkswagen ölkə ərazisində yerləşən zavodlarından birini bağlamaq qərarına gəlib. Söhbət Drezdendə fəaliyyət göstərən müəssisədən gedir.

Bizim.Media xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.

Mənbə qeyd edir ki, Volkswagen çərşənbə axşamından etibarən Drezden zavodunda avtomobil istehsalını dayandıracaq.

Bu addım şirkətin 88 illik avtomobil istehsalı tarixində ilk belə qərardır. Zavodun bağlanması Almaniyada ümumilikdə 35 min işçinin ixtisarı çərçivəsində həyata keçirilir.
 

Qərarın əsas səbəbləri Çində və Avropada satışların azalması fonunda yaranan maliyyə çətinlikləri, eləcə də ABŞ tərəfindən tətbiq olunan yüksək idxal tarifləridir.


Analitik Stiven Reytmanın sözlərinə görə, Volkswagen xərcləri azaltmağa və əməliyyat mənfəətini artırmağa çalışır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin