Sidneydə terror aktı törədənlərdən biri İŞİD-lə əlaqəli olub

Hazırda oxunan: Sidneydə terror aktı törədənlərdən biri İŞİD-lə əlaqəli olub

585610

Avstraliya polisi Sidneydəki terror aktını törədənlərdən birinin İŞİD terror qruplaşması ilə əlaqəli olduğunu ehtimal edir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı ABC telekanalı yerli polisdəki mənbələrinə istinadən yayıb.

Məlumata görə, terrorla mübarizə üzrə işçi qrupunun müstəntiqləri hesab edirlər ki, insanlara atəş açan silahlı şəxslər "İŞİD terror qruplaşmasına sədaqət andı içiblər".
 

Telekanalın mənbəsi qeyd edib ki, hücum edənlərin maşınında İŞİD bayrağı tapılıb və onlardan biri, 24 yaşlı Navid Akram bir neçə il əvvəl Avstraliya Təhlükəsizlik Kəşfiyyat Xidməti (ASIO) tərəfindən "İslam Dövləti" qruplaşmasının Sidneydə yerləşən terrorçu özəyi ilə yaxın əlaqələrinə görə dindirilib.


Xatırladaq ki, hadisə dekabrın 14-də Sidney çimərliyində yəhudilərin Hanuka bayramının qeyd olunduğu yerdə baş verib. Terror aktı zamanı azı 16 nəfər ölüb, 40 nəfər yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin