Netanyahu Sidney terroruna görə Avstraliyanın baş nazirini ittiham etdi

Hazırda oxunan: Netanyahu Sidney terroruna görə Avstraliyanın baş nazirini ittiham etdi

585578

İsrailin baş naziri Benyamin Netanyahu Sidneydə baş verən terror aktına görə məsuliyyəti Avstraliyanın baş naziri Entoni Albanize və onun hökumətinin üzərinə qoyub. 

Bizim.Media xəbər verir ki, bu barədə The Guardian nəşri yazıb.
 

Netanyahu bildirib ki, avqust ayında Avstraliya hökumət başçısına məktub göndərərək Fələstinin dövlət kimi tanınmasının mümkün nəticələri barədə onu xəbərdar edib. İsrail baş nazirinin sözlərinə görə, bu addım “antisemitizmə yanacaq tökür” və “Avstraliya yəhudilərini hədələyən qüvvələri ruhlandırır”.


Onun fikrincə, Albanize “zəifliyi başqa bir zəifliklə əvəz edib, güzəşti isə daha böyük güzəştlə davam etdirib”.

“Sizin hökumətiniz Avstraliyada antisemitizmin yayılmasının qarşısını almaq üçün heç nə etməyib. Ölkənizdə yayılan xərçəng hüceyrələrini dayandırmaq üçün də heç bir addım atmamısınız. Heç bir tədbir görməmisiniz. Siz bu xəstəliyin yayılmasına icazə vermisiniz,” — deyə İsrailin baş naziri İsrail baş nazirinə çimərlikdəki atışmadan sonra müraciət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin