ABŞ milyarderi Sidneydə terrorçunu zərərsizləşdirən müsəlmana 100 min dollar ianə etdi

Hazırda oxunan: ABŞ milyarderi Sidneydə terrorçunu zərərsizləşdirən müsəlmana 100 min dollar ianə etdi

585575

Amerikalı maliyyəçi və sahibkar Bill Ekman dekabrın 14-də Sidneydə Bondi çimərliyində insanlara hücum edən terrorçulardan birini tərksilah edən yerli sakin Əhməd əl-Əhməd üçün vəsait toplamağa başlayıb və təxminən 100 min dollar ianə edib.

Bizim.Media xəbər verir ki, milyarder bu təşəbbüs barədə X sosial şəbəkəsində məlumat yayıb.
 

“Bondi çimərliyinin qəhrəmanı üçün təsdiqlənmiş keçid budur. GoFundMe platformasının mənə bildirdiyinə görə, toplanan vəsait birbaşa yalnız qəhrəmana yönləndiriləcək”, — deyə Ekman paylaşımında qeyd edib və ianə səhifəsinin linkini əlavə edib.


Həmin səhifədə göstərilən məlumata görə, bu gün səhər saatlarınadək təxminən 542 min dollar toplanıb.

Kampaniyanın hədəf məbləği 1 milyon dollardır. Bill Ekman donorlar siyahısında 99 min 999 dollar ianə edən şəxs kimi yer alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin