BMT ilk dəfə Dünya Türk Dilləri Gününü qeyd edir

Hazırda oxunan: BMT ilk dəfə Dünya Türk Dilləri Gününü qeyd edir

585566

15 dekabr tarixində beynəlxalq ictimaiyyət ilk dəfə olaraq Dünya Türk Dilləri Gününü qeyd edir.

Bizim.Media xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının yaydığı məlumatda bildirilir. 
 

Qeyd olunur ki, müvafiq qərar noyabr ayında Səmərqənddə keçirilmiş BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə ixtisaslaşmış qurumu olan YUNESKO-nun Baş Konfransında qəbul edilib. Təşkilat bunu ümumbəşəri irsi zənginləşdirən dil müxtəlifliyinin tanınması istiqamətində mühüm addım kimi qiymətləndirir.


Məlumata görə, 15 dekabr tarixinin Dünya Türk Dilləri Günü kimi seçilməsi rəmzi və dərin məna daşıyır. Məhz bu gün, 1893-cü ildə danimarkalı dilçi alim Vilhelm Tomsen Orxon yazılarının, ən qədim yazılı mənbələrdən birinin oxunuşunun açıldığını elan edib.

YUNESKO vurğulayır ki, türk dil ailəsinə mənsub olan Azərbaycan, qazax, qırğız, türk, türkmən və özbək dilləri təxminən 12 milyon kvadratkilometr ərazidə yaşayan 200 milyondan çox insanın ana dilidir.

Dünya Türk Dilləri Gününün qeyd olunması təşəbbüsü ilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan çıxış edib. 

Təşəbbüsü ümumilikdə 21 ölkə dəstəkləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin