Amerikanın məşhur tennisçi Uilyams bacıları haqda zarafatına görə Rusiyanın Qadın Tennis Federasiyasının prezidenti Şamil Tarpişev bir illiyə dünya Qadın Tennis Assosiyasından uzaqlaşdırılıb. O, həmçinin 25 min dollar cərimə olunub.
Tarpishev Rusiya televiziyasında yumoristik axşam proqramı olan “Vecherniy Urqant” proqramında “Uilyams qardaşlarından biri” ifadəsini işlədib:
“Onlara baxmağa qorxuram”.
Serena Uilyams Tarpişevin dediyini “ hissiyyatsız, seksist və irqçi “ adlandırıb. Associated Pressin məlumatına görə, Serena Uilyams əlavə edib ki, Tarpişevin sözləri ələ salmaq kimi səslənir.
Rusiya Qadın Tennis Federasiyasının prezidenti Şamil Tarpişev deyib ki, o heç kimin xətrinə dəymək istəməyib. Onun zarafatına bu qədər diqqət yetirməyə dəyməzdi.
Tennisçi Qadın Tennis Assosiasiyasının qərarını alqışlayıb: “Bu, göstərir ki, indiki dövrdə böyük səlahiyyəti olan şəxs belə alçaldıcı qeydlər edə bilməz”.

































































































