Sidneydəki silahlı hücumda ölənlərin sayı 16-ya çatdı

Hazırda oxunan: Sidneydəki silahlı hücumda ölənlərin sayı 16-ya çatdı

585548

Avstraliyanın Sidney şəhərində yerləşən Bondi çimərliyində baş verən silahlı hücum nəticəsində həlak olanların sayı 16 nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Yeni Cənubi Uels ştatının səhiyyə naziri Rayan Park məlumat verib. Onun sözlərinə görə, ölənlər arasında bir uşaq da var.

Hadisə yəhudi icması tərəfindən Hanuka bayramının başlanması münasibətilə keçirilən tədbir zamanı baş verib. Polis hücumu terror aktı kimi qiymətləndirib. Məlumata görə, hadisəni törədənlər ata və oğul olub. Polis əməkdaşlarının müdaxiləsi nəticəsində 50 yaşlı silahlı şəxs hadisə yerində zərərsizləşdirilib. Digər 24 yaşlı hücumçu isə ağır yaralanaraq polis nəzarəti altında xəstəxanaya çatdırılıb.

Yeni Cənubi Uels polisi hücumdan sonra 40 nəfərin müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanada müalicə aldığını açıqlayıb. Təhlükəsizlik tədbirləri çərçivəsində Bondi çimərliyi və ətraf ərazilər müvəqqəti olaraq bağlanıb, istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin