Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov bildirib ki, əgər Rusiya prezidenti Vladimir Putin belə bir təkliflə çıxış edərsə, 2026-cı ildə region rəhbəri seçkilərində iştirak etməyə hazırdır.
Bizim.Media xəbər verir ki, o, bu barədə «Qroznı» telekanalında canlı yayım zamanı danışıb.
Bununla yanaşı, Kadırov hakimiyyətdən və uzunmüddətli xidmətdən yorulduğunu qeyd edərək, yeni insanların və yeni qüvvələrin region üçün daha maraqlı ola biləcəyini istisna etməyib. Eyni zamanda o, Çeçenistanın birinci prezidenti Əhməd-Hacı Kadırovun siyasi xəttinə sadiq qaldığını vurğulayıb və bu yoldan dönmək niyyətində olmadığını bildirib.
«Əgər şayiələrə qulaq assaq, deməli mən qocalığa çatmayacağam. Mən qocalığa qədər yaşamaq istəmirəm. Elə bir vaxtda dünyadan köçmək istəyirəm ki, məni hamı sevsin, hörmət etsin və ölümümündən sonra mənim yoxluğumu hiss etsinlər», – deyə Kadırov bildirib.
Ramzan Kadırov 2007-ci ilin aprelindən Çeçenistana rəhbərlik edir və Rusiya Federasiyası subyektləri arasında ən uzunmüddətli rəhbər sayılır. Onun son seçkiləri 2021-ci ilin sentyabrında keçirilib, hazırkı səlahiyyət müddəti isə 2026-cı ildə başa çatır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:50 / 14.12.2025
Kadırov: “Putin dəstək versə, yenidən namizədliyimi irəli sürəcəm”
Hazırda oxunan: Kadırov: “Putin dəstək versə, yenidən namizədliyimi irəli sürəcəm”
Hazırda oxunan: Kadırov: “Putin dəstək versə, yenidən namizədliyimi irəli sürəcəm”
585541
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































