Zelenski Ukraynanın NATO üzvlüyündən imtinası üçün şərtini açıqladı

Hazırda oxunan: Zelenski Ukraynanın NATO üzvlüyündən imtinası üçün şərtini açıqladı

585513

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Avropadan təhlükəsizlik zəmanətləri müqabilində ölkəsinin NATO üzvlüyü tələblərindən imtina etməyə hazır olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə "The Financial Times" məlumat yayıb.

"Biz Ukrayna ilə ABŞ arasında, eləcə də digər avropalı tərəfdaşlarımızla ikitərəfli təhlükəsizlik zəmanətlərindən, xüsusən də NATO nizamnaməsinin 5-ci maddəsinə bənzər zəmanətlərdən danışırıq", - deyə Zelenski jurnalistlərə bildirib.

Zelenski qeyd edib ki, Ukrayna hələ də Vaşinqtondan Avropa liderləri ilə məsləhətləşmələrdən sonra Kiyev tərəfindən təqdim edilən yenilənmiş sülh planı təkliflərinə cavab almayıb.

Qeyd edək ki, NATO nizamnaməsinin 5-ci maddəsi hücuma məruz qalan Alyansın hər hansı üzvünün kollektiv müdafiəsini nəzərdə tutur. Bu maddəyə görə, blokun hər hansı bir üzvünə hücum bütün Alyansa hücum hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin