Hüquq-mühafizə orqanlarının əməkdaşları Sidneydəki Bondi çimərliyi ərazisində atəş açmaqda şübhəli bilinən iki nəfəri saxlayıblar.
MÖVZU İLƏ BAĞLI:
Sidney çimərliyində atışma: Çox sayda ölü və yaralı var - VİDEO
Bizim.Media xəbər verir ki, bu barədə Yeni Cənubi Uels ştatının polisi X sosial şəbəkəsində paylaşım edib.
“İki nəfər saxlanılıb, lakin polis əməliyyatı davam edir və biz hələ də insanları bu ərazidən uzaq durmağa çağırırıq”, — deyə qurum qeyd edib.
BNO News portalının məlumatına görə, atışma nəticəsində xeyli sayda ölü və yaralı var. (Mənbə: TASS)
Bizim.Media




































































































