Odessa vilayəti gecə yenidən hücuma məruz qaldı - VİDEO

Hazırda oxunan: Odessa vilayəti gecə yenidən hücuma məruz qaldı - VİDEO

585440

Bu gecə Rusiya ordusu Odessa vilayətinə növbəti dəfə hücum edib. Hücum nəticəsində enerji obyektlərinə ziyan dəyib.
 

MÖVZU İLƏ BAĞLI: 

Rusiya Odessa vilayətinə hücum etdi – VİDEO


Bizim.Media xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyası (VHA) məlumat yayıb.

Eyni zamanda nəqliyyat, sənaye və mülki infrastruktura aid obyektlər də zədələnib. Xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Kritik infrastruktur obyektləri generatorlar vasitəsilə fəaliyyətə keçirilib.

Prezident Volodimir Zelenski bildirib ki, Rusiyanın ölkənin bir çox ərazilərinə atəşlərindən sonra istilik və suyun bərpası üzərində işlər davam edir, vəziyyət hələ də mürəkkəbdir.

Dövlət başçısının sözlərinə görə, Nikolayev, Odessa, Xerson, Çerniqov, Donetsk, Sumi və Dnepropetrovsk vilayətlərində yüz minlərlə ailə işıqsız qalıb.


Zelenski qeyd edib ki, son bir həftə ərzində Rusiya 1500-dən çox zərbə dronu, təxminən 900 idarəolunan aviabomba (KAB) və müxtəlif tipli 46 raket buraxıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin