Zelenski: “Ləyaqətli sülhün təmin olunması üçün çalışırıq” - VİDEO

Hazırda oxunan: Zelenski: “Ləyaqətli sülhün təmin olunması üçün çalışırıq” - VİDEO

585422

“Hazırda  ABŞ tərəfi və avropalı dostlarımızla keçiriləcək görüşlərə hazırlaşırıq. Berlin bir çox tədbirlərə ev sahibliyi edəcək”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Ukrayna prezidenti Volodimir Zelenski video müraciətində səsləndirib.

Onun sözlərinə görə,  baş tutmuş təmaslarla bağlı Rustem Umerov və danışıqlar qrupu tərəfindən brifinq keçiriləcək:

“General Qnatov və Ukraynanın müdafiə və təhlükəsizlik sektorunun nümayəndələri Ukrayna və ukraynalılar üçün təhlükəsizlik zəmanətlərinin detalları üzərində işləyəcəklər.

Eyni zamanda, Ukrayna hökumətinin nümayəndələri ABŞ və Avropa ilə müharibədən sonrakı dövrdə Ukraynanın real bərpası və inkişafı məsələlərini müzakirə etməyə davam edirlər.
 

Ən əsası isə mən Prezident Trampın elçiləri ilə görüşəcəyəm. Bundan başqa, müharibəyə son qoymaq üçün sülhün təməlini təşkil edəcək siyasi razılaşma ilə bağlı Avropadakı tərəfdaşlarımız və bir çox liderlərlə də görüşlər planlaşdırılıb. Hazırda bu imkan kifayət qədər realdır və bu, hər bir şəhərimiz, hər bir ukraynalı icmamız üçün böyük əhəmiyyət daşıyır.


Biz Ukrayna üçün ləyaqətli sülhün təmin olunması və ən başlıcası, Rusiyanın Ukraynaya üçüncü dəfə müdaxilə etməyəcəyinə dair zəmanətin əldə olunması üçün çalışırıq”.

O, sonda Ukraynaya kömək edən bütün tərəfdaşlara təşəkkür edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin