Belarusun paytaxtı Minsk şəhərinin əsas rəmzlərindən biri olan Milli Kitabxananın binası Azərbaycan Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb.
Bizim.Media “Azərtac.az”a istinadla xəbər verir ki, Azərbaycanın Belarusdakı səfirliyi və Ticarət Evinin birgə təşəbbüsü ilə keçirilən aksiya 12 Dekabr – Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümünə həsr olunub.
Dekabrın 12-də axşam saatlarından etibarən Minsk Milli Kitabxanası göy, qırmızı və yaşıl rənglərlə işıqlandırılıb və “12 Dekabr - Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anım günüdür” şüarı yayımlanıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
13:18 / 13.12.2025
Belarusda Milli Kitabxananın binası bayrağımızın rəngləri ilə işıqlandırıldı – VİDEO
Hazırda oxunan: Belarusda Milli Kitabxananın binası bayrağımızın rəngləri ilə işıqlandırıldı – VİDEO
Hazırda oxunan: Belarusda Milli Kitabxananın binası bayrağımızın rəngləri ilə işıqlandırıldı – VİDEO
585321
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































