Avropa İttifaqı yenidən Ukraynanın üzvlüyünə QARŞI ÇIXDI

Hazırda oxunan: Avropa İttifaqı yenidən Ukraynanın üzvlüyünə QARŞI ÇIXDI

585313

Avropa İttifaqına üzv ölkələrin rəsmiləri Ukraynanın 2027-ci ilə qədər birliyə qoşulmaq niyyətini “tamamilə mümkünsüz” adlandırıblar.
 

MÖVZU İLƏ BAĞLI: 

Ukrayna Avropa İttifaqına üzv ola bilər – BU TARİXDƏ


Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi Aİ nümayəndələrinə istinadən məlumat yayıb.

“Qeyd olunan tarix tamamilə real deyil. Avropa İttifaqına üzvlük üzrə danışıqlar adətən uzun illər davam edir”, – deyə materialda qeyd olunub.
 

Qeyd edək ki, “Financial Times” Ukraynanın 2027-ci ilin yanvarına qədər Aİ-yə üzv ola biləcəyini yazmışdı.


Nəşrin məlumatına görə, ABŞ və Aİ Rusiya ilə müharibəyə son qoymaq üçün sülh planının bir hissəsi olaraq Ukraynanın 2027-ci ilə qədər Aİ-yə sürətləndirilmiş qoşulmasını müzakirə edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin