Tanınmış aktyorun meyiti TAPILDI

Hazırda oxunan: Tanınmış aktyorun meyiti TAPILDI

585305

“Maska” və “Kriminal qiraət” (“Pulp Fiction”) filmlərindəki rolları ilə tanınan amerikalı aktyor Piter Qrin 60 yaşında dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, bu barədə “New York Daily News” qəzeti məlumat yayıb.
Aktyorun meyiti Nyu-Yorkdakı mənzilində tapılıb.

Qrinin qonşusunun sözlərinə görə, Piter Qrinin meyiti üzüüstə, sifətində xəsarət və qan izləri ilə aşkarlanıb.
 

Ölümün rəsmi səbəbi hələlik müəyyən edilməyib.Lakin nəşrin polis mənbələrinə istinadən verdiyi məlumata görə, mənzildə axtarış zamanı Qrinin ölümündə Nyu-Yorkda fəaliyyət göstərən irland cinayət qruplaşmalarının mümkün iştirakını göstərən dəlillər tapılıb.


Qeyd edək ki, Piter Qrin 8 oktyabr 1965-ci ildə Nyu-Cersi ştatının Montkler şəhərində anadan olub. O, Nyu-Yorkda Li Strasberq Teatr və Kino İnstitutunu bitirib.

Karyerasına “Hardball” (1989–1990) teleserialında və “Law of Gravity” (1992) filmində epizodik rollarla başlayıb. Aktyor 1990-cı illərdə “Kriminal qiraət” (1994), “Maska” (1994) və “Ovçu” (“The Bounty Hunter”, 2010) filmlərindəki rolları ilə böyük şöhrət qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin