Avropa İttifaqından XƏBƏRDARLIQ – “Rusiya Ukraynaya kompensasiya ödəməsə...”

Hazırda oxunan: Avropa İttifaqından XƏBƏRDARLIQ – “Rusiya Ukraynaya kompensasiya ödəməsə...”

585304

Avropa İttifaqının diplomatiya üzrə ali nümayəndəsi Kaja Kallas Aİ Şurasının Avropa İttifaqı ərazisində yerləşən Rusiya aktivlərinin müddətsiz dondurulması ilə bağlı qərarına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində paylaşım edib.
 

Kallasın sözlərinə görə, qəbul edilən qərar Rusiyaya məxsus 210 milyard avroya qədər vəsaitin Aİ ərazisində saxlanılmasını təmin edəcək və bu, “Rusiya Ukraynaya vurduğu zərərə görə tam kompensasiya ödəyənədək” qüvvədə qalacaq.


“Biz Rusiya ciddi şəkildə danışıqlara yanaşana qədər ona təzyiqləri artırmaqda davam edirik. Gələn həftə keçiriləcək Avropa Şurasının iclası Ukraynanın yaxın illər üçün maliyyə ehtiyaclarının təmin olunması baxımından həlledici olacaq”, – deyə Kallas qeyd edib.

Xatırladaq ki, dekabrın 12-də Avropa İttifaqına üzv ölkələrin səfirləri Avropada yerləşən Rusiya aktivlərinin müddətsiz dondurulması barədə qərar qəbul ediblər. Səsvermədə 25 ölkə qərarı dəstəkləyib, iki ölkə isə əleyhinə çıxıb.
 

Bu addım Belçikanın Rusiya aktivlərindən istifadə etməklə Ukraynaya “reparasiya krediti” ayırmasına razılıq əldə olunması baxımından mühüm hesab olunur. Məsələ gələn həftə Aİ liderlərinin sammitində müzakirə ediləcək.


Belçikanın baş naziri Bart De Vever bildirib ki, dondurulmuş Rusiya aktivlərinin Ukraynanın maliyyələşdirilməsi üçün istifadəsi “çətin vəzifədir”, lakin müttəfiqlərin “müəyyən şərtlər” üzərində razılaşacağı təqdirdə mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin