Ərdoğan: “Türkiyə Rusiya-Ukrayna müharibəsinin həllinə töhfə verməyə hazırdır”

Hazırda oxunan: Ərdoğan: “Türkiyə Rusiya-Ukrayna müharibəsinin həllinə töhfə verməyə hazırdır”

585136

"Türkiyə İstanbul prosesi başda olmaqla Rusiya-Ukrayna müharibəsinin həllinə töhfə verməyə hazırdır".

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda keçirilən Beynəlxalq Sülh və Təhlükəsizlik Forumunda deyib.
 

"Sülh və təhlükəsizliyin təsisi üçün əlimizi daşın altına qoymalıyıq. Qonşularla yaxşı münasibət təsis etmək üçün çevrəmizdə bir sülh çəmbəri yaratmaq niyyətindəyik. İstanbul prosesi başda olmaqla Rusiya-Ukrayna müharibəsinin həllinə töhfə verməyə hazırıq. Qəzza məsələsində isə ikidövlətli həll yolunun tərəfdarıyıq", - o əlavə edib.


Türkiyə Prezidenti vurğulayıb ki, ölkəsi bu gün ədalətli, tərəfsiz yanaşması ilə vasitəçilik missiyasını icra etmək baxımından dünyanın aparıcı dövlətləri sırasında dayanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin