Çexiya Prezidenti Pyotr Pavel “Narazı Vətəndaşlar Hərəkatı”nın sədri Andrey Babişi Baş nazir təyin edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Praqa qəsrində keçirilən mərasim “TK” xəbər agentliyi tərəfindən yayımlanıb.
TASS yazır ki, A. Babiş “Narazı Vətəndaşlar Hərəkatı”nı 2011-ci ildə təsis edib. O, 2014-2017-ci illərdə Çexiyanını Baş nazirinin birinci müavini və maliyyə naziri vəzifələrində çalışıb. Babiş ilk dəfə 2017-ci ildə hökumət başçısı olub və 2021-ci ilin sonunadək bu vəzifədə çalışıb.
“Narazı Vətəndaşlar Hərəkatı” 2025-ci il oktyabrın 3-4-də Çexiyada parlamentin Deputatlar Palatasına (aşağı palata) keçirilən seçkilərdə səslərin 34,1 faizini toplayaraq qalib gəlib,
Babişin hərəkatı aşağı palatadakı 200 yerdən 80-nə sahibdir və senatda 12 senatorla təmsil olunur. Ali qanunvericilik orqanının yuxarı palatası 81 senatordan ibarətdir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:09 / 09.12.2025
Çexiyaya yeni baş nazir təyin edildi
Hazırda oxunan: Çexiyaya yeni baş nazir təyin edildi
Hazırda oxunan: Çexiyaya yeni baş nazir təyin edildi
584646
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































