Belarus Litvaya hava şarı göndərib? – Ölkədə fövqəladə vəziyyət

Hazırda oxunan: Belarus Litvaya hava şarı göndərib? – Ölkədə fövqəladə vəziyyət

584640

Litvada Belarusdan qaçaqmalçılıq yolu ilə gətirilən hava şarlarının yaratdığı ictimai təhlükəsizlik təhdidləri səbəbindən fövqəladə vəziyyət elan olunub.

Bizim.Media xəbər verir ki, ölkənin daxili işlər naziri Vladislav Kondratoviç hökumətin canlı yayımlanan iclasında bildirib ki, fövqəladə vəziyyət yalnız mülki aviasiyanın fəaliyyətindəki fasilələrə görə deyil, həm də milli təhlükəsizlik maraqları naminə elan edilib.

O deyib ki, bu hal hərbçilərə daha böyük əməliyyat azadlığı təqdim edir, onlara həm polislə birgə, həm də müstəqil hərəkət etməyə imkan verir. Nazir bununla bağlı əlavə məlumat verməyib.

Fövqəladə tədbirlərin müddəti hələlik bəlli deyil.

Belarus şarlara görə məsuliyyət daşımadığını açıqlayıb və Litvanı təxribatlarda ittiham edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin