“Azərbaycan həm iqtisadi, həm də təhlükəsizlik məsələlərində Cənubi Qafqazda və Orta Asiyada olduqca əhəmiyyətli bir aktordur”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında slovakiyalı politoloq, tarixçi Juraj Marusiak deyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiyaya səfərini, Slovakiya-Azərbaycan münasibətlərini şərh edən Marusiak, rəsmi Bakının Slovakiya üçün regionda ən önəmli aktor olduğunu bildirib:
“Buna görə də, Aİ və Aİ-yə üzv dövlətlərin bu ölkə ilə əməkdaşlıq qurmaqda həyati marağı var. Düşünürəm ki, bu potensial hələ istifadə olunmayıb. Azərbaycan Aİ ölkələri üçün enerji resurslarının potensial təchizatçısı kimi vacibdir. Azərbaycan həmçinin Rusiya Federasiyasından asılılığını azaltmaq baxımından Aİ üçün vacib tərəfdaş ola bilər”.
Analitik əlavə edib ki, yalnız Slovakiya-Azərbaycan münasibətləri deyil, Aİ-Azərbaycan münasibətləri də daha da inkişaf etməlidir:
“Enerji resursları və müdafiə sənayesi ilə yanaşı, Azərbaycan Slovakiya avtomobil sənayesinin məhsulları ilə də maraqlana bilər. Biz Azərbaycandan qaz alırıq. Müvafiq qaz müqaviləsi artıq 2024-cü ildə imzalanıb.
Zəngəzur dəhlizinə Slovakiyanın marağı məsələsinə gəldikdə isə, bu dəhliz Slovakiya üçün Azərbaycandan və Azərbaycana malların daşınmasını təmin etmək üçün vacibdir”, - deyə Juraj Marusiak əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media

- A-
- A
- A+
Dünya
10:20 / 09.12.2025
Slovakiyalı politoloq: “Azərbaycanla əməkdaşlıq Avropa İttifaqı üçün həyati əhəmiyyət daşıyır” – EKSKLÜZİV
Hazırda oxunan: Slovakiyalı politoloq: “Azərbaycanla əməkdaşlıq Avropa İttifaqı üçün həyati əhəmiyyət daşıyır” – EKSKLÜZİV
Hazırda oxunan: Slovakiyalı politoloq: “Azərbaycanla əməkdaşlıq Avropa İttifaqı üçün həyati əhəmiyyət daşıyır” – EKSKLÜZİV
584573
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































