Rusiyada həmyerlisini bıçaqlayaraq Azərbaycana qaçan şəxs: “Məndən aylıq pul tələb etdi”

Hazırda oxunan: Rusiyada həmyerlisini bıçaqlayaraq Azərbaycana qaçan şəxs: “Məndən aylıq pul tələb etdi”

584572

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Babək Kərimzadənin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ona şərti cəza verilib.

İttihama görə, hadisə 12 avqust 2021-ci il tarixdə, Moskva vaxtı ilə saat 14 radələrində Rusiya Federasiyası, Moskva şəhərində yerləşən “Freş” ticarət mərkəzi yaxınlığında qeydə alınıb.

Belə ki, Babək Kərimzadə tanışı, zərərçəkmiş Elmir Pənahovla (soyadı şərtidir) mübahisə edib. Bu zaman o, qisas almaq məqsədilə bıçaqla onun sinə və qarın nahiyəsinə zərbə vurub.

Məlumata görə, zərbə nəticəsində zərərçəkmiş şəxsdə döş qəfəsinin və qarın nahiyəsinin deşilmiş-kəsilmiş yaraları, dalağın xəsarəti ilə qarın boşluğuna nüfuz edən yara kanalı və hemoperitoneum yaranıb.

Məhkəmədə dindirilən Babək Kərimzadə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və hadisə ilə bağlı ifadə verib. Bildirib ki, həmin vaxt Moskvada yaşayıb, meyvə alveri ilə məşğul olub. Hadisə günü səhər işə gedərkən zərərçəkmiş şəxs Elmir və yanında olan uşaqları ilə qarşılaşıb. Elmir təqsirləndirilən şəxsdən onlara aylıq pul tələb edib, lakin Babək bu tələbə cavab verməyib. Sonradan aralarında münaqişə yaranıb və Elmir ona nalayiq ifadələr işlədərək üz nahiyəsinə yumruq atıb. Özünü saxlaya bilməyən təqsirləndirilən şəxs masanın üzərindəki meyvə bıçağını götürərək zərərçəkmiş şəxsə xəsarət yetirib.

Hadisədən sonra təqsirləndirilən şəxs Moskvadan Minsk şəhərinə, oradan isə Azərbaycana qayıdıb. Bakı şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq ilkin istintaq üçün Tovuz RPŞ-yə gətirilib. Barəsində əvvəlcə həbs, sonradan isə ev dustaqlığı qətimkan tədbiri seçilib.


Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşmandır və məhkəmədən ona yüngül cəza verilməsini xahiş edib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin