Tanınmış şirkətin sabiq rəhbəri edam edildi

Hazırda oxunan: Tanınmış şirkətin sabiq rəhbəri edam edildi

584571

China Huarong International şirkətinin sabiq rəhbəri Bay Tyanxue edam edilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Çin Mərkəzi Televiziyası yayıb.

Dövlətə məxsus maliyyə şirkəti olan “China Huarong International”ın keçmiş baş direktoru Bay Tyanxue barəsində çıxarılan ölüm hökmü Çində icra edilib.

2024-cü ilin mayında o, korrupsiya ittihamı ilə edama məhkum edilmişdi. İstintaq orqanlarının məlumatına görə, Bay ümumilikdə 1,1 milyard yuan (155,61 milyon dollar) həcmində rüşvət alıb.

Bay Tyanxuenin əvvəlki rəhbəri Lay Syaomin də oxşar cinayətlərə görə edam edilmişdi.

Məhkəmə qərarı 2021-ci ildə icra olunmuşdu. (Mənbə: aif.ru)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin