İrəvanda qətlə yetirilən 23 yaşlı çeçen əsilli Ayşat Baymuradovanın Çeçenistan rəhbəri Ramzan Kadırovun uzaq qohumu olduğu məlum olub.
Bizim.Media xəbər verir ki, bu barədə meduza.io saytı yazıb.
Hüquq müdafiəçilərinin sözlərinə görə, o, Çeçenistanda ailəsi və əri tərəfindən fiziki, psixoloji və seksual zorakılığa məruz qalıb və 2025-ci ilin əvvəlində qaçaraq Ermənistana sığınıb.
İrəvanda Ayşat adını dəyişib “Alex” olaraq sosial şəbəkələrdə aktivlik göstərib və Çeçenistandakı qadın hüquqlarını tənqid edib. Oktyabrın ortalarında tanış olduğu Karina İminova ilə görüşdən sonra yoxa çıxıb. Bir neçə gün sonra meyiti İrəvan mərkəzində kirayə mənzildə tapılıb.
“Hüquq müdafiəçiləri qızın boğularaq və ya zəhərlənərək öldürülmüş ola biləcəyini” deyir. Hadisə ilə bağlı iki şübhəlinin olduğu bildirilir, lakin adlar açıqlanmır. Dostlarının sözlərinə görə, qız son aylarda çoxsaylı hədələr alırdı.
Hüquq müdafiəçiləri işin ört-basdır ediləcəyindən narahatdırlar. Baymuradovanın cəsədi hələ də İrəvan morqundadır — ailəsi götürməkdən imtina edib.
<iframe width="650" height="367" src="//www.youtube.com/embed/jmXEq-nG7s4" title="Родственницу Кадырова убили за желание быть свободной. История 23-летней Айшат" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Bizim.Media

































































































