Ukrayna müharibəsinin dəhşətli həftəsi: 1600 dron, 1200 aviasiya bombası, 70 raket

Hazırda oxunan: Ukrayna müharibəsinin dəhşətli həftəsi: 1600 dron, 1200 aviasiya bombası, 70 raket

584274

Fövqəladə xidmətlərimiz hər gün və hər gecə Rusiyanın mülki şəhər və yaşayış məntəqələrimizə endirdiyi zərbələrin nəticələrini aradan qaldırır.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

Onun sözlərinə görə, təkcə bu həftə ərzində Rusiya Ukraynaya:

1600-dən çox dron zərbəsi, təxminən 1200 idarəolunan aviasiya bombası, cəmi 70-ə yaxın müxtəlif tipli raket endirib.

Hücumların əsas hədəfi isə mülki insanların adi həyatını təmin edən infrastruktur obyektləridir.

Bu gün də yeni hücumlar qeydə alınıb: 240-dan çox dron və beş ballistik raket. Yeddi bölgədə dağıntılar, Slovyansk və Çerniqov vilayətlərində həlak olanlar var.

Prezident ölənlərin yaxınlarına başsağlığı verib.

Zelenski qeyd edib ki, Ukrayna tərəfdaşlarla müdafiəni daha da gücləndirmək üçün çalışır:
 

“Prioritet aydındır – daha çox HHM sistemi və daha çox raket, müdafiəçilərimiz üçün daha çox dəstək. Hər bir razılaşma daha sürətlə icra olunmalıdır.”


Prezident Ukraynanı dəstəkləyən hər kəsə təşəkkür edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin