Benində hərbçilər Prezident Patris Talonu devirərək hakimiyyəti ələ keçiriblər.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "La Nouvell Tribune" portalı Benin Dövlət Radio və Televiziya Yayımı Korporasiyasının efirində oxunan bəyanata istinadən verib.
Qeyd olunub ki, hərbi komitə ölkədə bütün hakimiyyəti öz üzərinə götürüb. Komitəyə polkovnik-leytenant Tiqri Paskal rəhbərlik edir.
Hərbçilər bütün dövlət hakimiyyət orqanlarının buraxıldığını elan ediblər.
Xatırladaq ki, noyabrın 26-da Qvineya-Bisauda dövlət çevrilişi baş vermişdi.
Bizim.Media

































































































