İlon Mask Avropa Komissiyasının reklam hesabını sildi

Hazırda oxunan: İlon Mask Avropa Komissiyasının reklam hesabını sildi

584224

Avropa Komissiyasının (AK) 120 milyon avro cərimələdiyi X  Komissiyanın reklam hesabını silib.

Bizim.Media xəbər verir ki, bunu amerikalı milyarder İlon Maskın sahibi olduğu X-də Məhsullar üzrə rəhbər Nikita Bir açıqlayıb. 

O, iddia edib ki, sosial şəbəkənin cərimələnməsi qərarı ilə bağlı paylaşım dərc etmək üçün Avropa Komissiyasının "hərəkətsiz reklam hesabı"ndan istifadə edilib və ona əlavə edilmiş link "istifadəçiləri çaşdırmaq və süni şəkildə əhatə dairəsini artırmaq" məqsədilə video kimi gizlədilib. Bir bu vəziyyəti ironik adlandırıb. 

O, X-də yazıb: "Görünür, qaydaların hesabınıza şamil edilməməli olduğuna inanırsınız. Reklam hesabınız silinib".

Avropa Komissiyasının sözçüsü Tomas Reynier bundan əvvəl Brüsseldə keçirilən brifinqdə bildirib ki, X "şəffaflıq standartlarını pozub".

Onun sözlərinə görə,  X-in reklam siyasəti yanlışdır və sosial şəbəkə "Avropa tədqiqatçılarına rəqəmsal məlumatlar vermir", halbuki Avropa Komissiyası bütün rəqəmsal şirkətlərdən bunu Aİ Rəqəmsal Xidmətlər Qanununa əsasən etməyi tələb edir. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin