İlon Mask: “Avropa İttifaqı ləğv edilməlidir”

Hazırda oxunan: İlon Mask: “Avropa İttifaqı ləğv edilməlidir”

584221

İlon Mask Avropa Komissiyası haqqında sərt fikirlər bildirib.

Bizim.Media xəbər verir ki, İ.Mask X platformada paylaşım edərək “Aİ ləğv edilməlidir” sözlərini yazıb.

Qeyd edək ki, Avropa Komissiyası şəffaflıq qaydalarının pozulmasına görə, X şirkətini 120 milyon avro məbləğində cərimələyib. Qurum bunun səbəblərindən biri kimi istifadəçi hesablarının verifikasiya işarəsi vasitəsilə təsdiqlənməsinin istifadəçiləri çaşdırdığını göstərib.

İ.Mask Aİ-nin bu qərarına qarşı hüquqi addım atıb-atmayacağını bildirməyib. O, Aİ-ni bir sıra digər paylaşımları yenidən öz səhifəsində paylaşmaqla da tənqid edərək, qurumu senzurada ittiham edib.

ABŞ Dövlət katibi Marko Rubio da qərarı narazılıqla qarşılayaraq, bu addımı xarici hökumətlərin Amerika rəqəmsal platformalarına və Amerika xalqına qarşı hücum adlandırıb. “Amerikalıların onlayn fəaliyyətinin senzurası dövrü artıq bitmişdir”, - deyə o, paylaşımında bildirib.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin