Avstraliyada meşə yanğınları tüğyan edir

Hazırda oxunan: Avstraliyada meşə yanğınları tüğyan edir

584130

Avstraliyanın Yeni Cənubi Uelsdəki meşə yanğınları bu gün minlərlə hektar meşəlik ərazini əhatə edib.
 

Nəticədə hakimiyyət orqanları ölkənin ən çox əhalisi olan bu ştatda minlərlə sakin üçün ən yüksək təhlükə dərəcəsi ilə təxliyə işlərinə başlaylb.


Təxliyyə edilən ərazi ştatın mərkəzi sahil bölgəsindəki, 350.000-dən çox əhalisi və Avstraliyanın ən böyük şəhəri olan Sidneydən təxminən 45 kilometr şimalda yerləşir.

Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, bölgədə baş verən meşə yanğınları nəticəsində 16 ev məhv olub.

Yerli Meteorologiya bürosu bildirib ki, dekabrın 6-da Yeni Cənubi Uelsdə havanın temperaturu 42 dərəcəyə çatıb. Bu da yanğınların daha da böyük ərazilərə yayılmasına şərait yaradıb.
 

Baş nazir Entoni Albanese əhaliyə çağırış edərək "Xahiş edirik bir-birinizə diqqət yetirin və səlahiyyətlilərin məsləhətlərinə əməl edin", -deyə bildirib.


Rəsmilər qeyd ediblər ki, bu gün axşam saatlarında ştatda 50-dən çox meşə yanğını baş verib, o cümlədən ştatın Yuxarı Hunter bölgəsində baş verən yanğın da ən yüksək fövqəladə vəziyyətə malik olub və təxminən 10.000 hektar ərazini yandırıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin