İsrail əsgərləri fələstinli uşağı öldürdü

Hazırda oxunan: İsrail əsgərləri fələstinli uşağı öldürdü

58406
İsrail əsgərlərinin açdığı atəş nəticəsində yaralanan 13 yaşlı fələstinli Baha Bədr xəstəxanada vəfat edib.
 
Axar.az xəbər verir ki, Ramallah Tibb Kompleksinin Baş həkimi Əhməd əl-Beytavi açıqlama verərək Beyt Likya kəndində İsrail əsgərləri ilə yaşanan qalmaqalda sinəsindən yaralanan fələstinli uşağın əməliyyat edildiyini, amma bütün müdaxilələrə rəğmən xilas olunmadığını bildirib.
 
Hadisə şahidlərini isə bildiriblər ki, İsrail əsgərləri Beyt Likyaya basqın edib, Bədr də əsgərlərin fələstinlilərə həqiqi və plastik güllə ilə gözyaşardıcı qaz istifadə etdiyi müdaxilə vaxtı yaralanıb.
 
İsrail tərəfi hadisə ilə bağlı açıqlama verməyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin