İnfarktı proqnozlaşdıran süni intellekt sistemi yaradıldı

Hazırda oxunan: İnfarktı proqnozlaşdıran süni intellekt sistemi yaradıldı

58389

Belçika alimləri gözün torlu qişasının skan edilməsi sayəsində infarkt riskini proqnozlaşdıran süni intellekt sistemi hazırlayıblar.

Bizim.Media xəbər verir ki, Leuven Universitetindən bir qrup tədqiqatçının apardığı araşdırmada ürək-damar xəstəliklərində gözün tor qişasındakı kapilyarların da təsirləndiyi və tor qişanın skan edilməsi ilə ürək-damar xəstəliklərinin təsirinin müəyyən qədər proqnozlaşdırıla biləcəyi müəyyən edilib.

Universitetdən verilən açıqlamada bunun üçün hazırlanan süni intellekt sistemi ilə xəstələrin növbəti ildə infarkt keçirmə riskinin olub-olmadığını təxmin etmək mümkün olduğu bildirilib.
Sistemin hazırlanmasında 5 min adamın gözünün tor qişası və ürəyi skan olunub.

Tədqiqatda istifadə olunan məlumatlar Böyük Britaniyanın “Biobank” biotibbi məlumat bazası tərəfindən təmin edilib.

Qeyd edək ki, ürək-damar xəstəlikləri dünyada ən erkən ölümə səbəb olan xəstəliklər sırasındadır. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin