İsrailin Baş naziri Benyamin Netanyahu özünün hərbi katibi Roman Hoffmanı "Mossad" xarici kəşfiyyat xidmətinin rəhbəri təyin edib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi rəsmi məlumat yayılıb.
Bildirilir ki, Hoffman beşillik səlahiyyət müddəti 2026-cı ilin iyununda başa çatacaq David Barneanı əvəz edəcək.
Baş nazir bildirib ki, Hoffman onu İsrail üçün ən çətin dövrdə müşayiət edib və cəsarət, məsuliyyət və nadir peşəkarlıq bacarıqları ilə seçilib.
"Mən onun gələcək illərdə "Mossad"a rəhbərlik edəcəyinə tam inanıram və David Barneaya xüsusi xidmətinə görə təşəkkür edirəm", - deyə Netanyahu bildirib.
Xəbərdə bildirilir ki, 49 yaşlı Hoffman Belarusda anadan olub, 1990-cı ildə ailəsi ilə birlikdə İsrailə mühacirət edib. O, İsrail ordusunda bir sıra yüksək vəzifələrdə çalışıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:45 / 04.12.2025
Netanyahu Belarusda dünyaya gələn hərbçini "Mossad"a rəhbər təyin etdi
Hazırda oxunan: Netanyahu Belarusda dünyaya gələn hərbçini "Mossad"a rəhbər təyin etdi
Hazırda oxunan: Netanyahu Belarusda dünyaya gələn hərbçini "Mossad"a rəhbər təyin etdi
583872
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































