Böyük Britaniyanın Baş naziri Boris Conson və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə rəsmi Kreml məlumat yayıb.
İki ölkə lideri Ukraynadakı vəziyyəti, habelə təhlükəsizlik zəmanəti məsələlərini müzakirə ediblər.
MÖVZU İLƏ BAĞLI:
Putin bu gün Boris Consonla telefonla danışacaq - Yuri Uşakov
V.Putin NATO-nun Rusiyanın haqlı narahatlıqlarına adekvat cavab vermək istəmədiyini qeyd edib. O, B.Consonun diqqətinə çatdırıb ki, rəsmi Kiyev Minsk razılaşmalarını pozur.
Britaniya Baş naziri isə diplomatiyanın vacibliyini və Ukraynanın danışıqlara cəlb edilməli olduğunu vurğulayıb.
O, Rusiyanın Ukrayna ilə sərhəddəki fəaliyyətindən də dərin narahatlığını ifadə edib.
Bizim.Media