Rusiya prezidenti Vladimir Putin və Böyük Britaniyanın baş naziri Boris Conson arasında çərşənbə günü axşam telefon danışığı baş tutacaq.
Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
Onun sözlərinə görə, söhbət zamanı iki əsas mövzu müzakirə olunacaq: Ukrayna nizamlanması və təhlükəsizlik təminatları.
"Liderlər bir daha Avropa gündəminin ən əsas məsələlərini müzakirə edəcəklər. Bu, Consonun dünən Kiyevə səfərini nəzərə alsaq, Ukraynadaxili nizamlanmadır. Və təbii ki, bizim təhlükəsizliyimizlə bağlı uzunmüddətli təminat məsələsi də müzakirə olunacaq”, deyə o, əlavə edib.
Uşakov bildirib ki, liderlər ikitərəfli əməkdaşlığın bəzi məsələlərinə də toxunacaqlar.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:42 / 02.02.2022
Putin bu gün Boris Consonla telefonla danışacaq - Yuri Uşakov
Hazırda oxunan: Putin bu gün Boris Consonla telefonla danışacaq - Yuri Uşakov
Hazırda oxunan: Putin bu gün Boris Consonla telefonla danışacaq - Yuri Uşakov
58343
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.