Avropa Parlamenti Ukrayna üzrə nizamlanmaya dair QƏTNAMƏ qəbul etdi

Hazırda oxunan: Avropa Parlamenti Ukrayna üzrə nizamlanmaya dair QƏTNAMƏ qəbul etdi

582758

Avropa Parlamenti Ukrayna üzrə nizamlanmaya dair qətnamə qəbul edib.

Bizim.Media xəbər verir ki, Qətnamədə aşağıdakı maddələr yer alır:
 

– Ukraynaya təhlükəsizlik təminatları. Deputatlar bildirirlər ki, atəşkəsə Aİ və ABŞ tərəfindən NATO-nun 5-ci maddəsi və Aİ Nizamnaməsinin 42.7-ci maddəsinə uyğun məntiqlə güclü təhlükəsizlik təminatları müşayiət etməlidir ki, yeni təcavüzün qarşısı alınsın.


– İşğal olunmuş ərazilərin tanınmaması. Ukraynanın işğal edilmiş əraziləri Rusiyanın tərkibi kimi tanınmayacaq; Avropanın istənilən danışıqlarda iştirakı və “Ukrayna haqqında Ukraynasız heç nə, Avropa haqqında Avropasız heç nə” prinsipi vurğulanır.

– Vaşinqtonun ikili yanaşmasının tənqidi. Avropa Parlamenti qeyd edir ki, ABŞ-ın qeyri-sabit mövqeyi dayanıqlı sülhün bərqərar olmasına mane olur və bildirir ki, sülh sazişi Ukraynanın ittifaqları seçmək və ərazi bütövlüyünü qorumaq hüququnu məhdudlaşdırmamalıdır.
 

– Kiyevə “reparasiya krediti”. Deputatlar Ukrayna üçün dondurulmuş Rusiya aktivləri ilə təmin olunan kredit mexanizminin yaradılmasını tələb edirlər. Onların fikrincə, bu aktivlərin taleyi Aİ-siz müzakirə oluna bilməz.


Həmçinin bildirirlər ki, sanksiyalar sülh sazişi bağlanana qədər aradan qaldırılmamalıdır və əgər Moskva danışıqlardan imtina edərsə, Aİ təzyiqi artırmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin