“Ukrayna üçün təhlükəsizlik təminatları bu reallığı dəyişmir: burada əsas təhlükə Rusiyadır.
Son 100 ildə Rusiya 19-dan çox ölkəyə hücum edib, bəzilərinə isə üç-dörd dəfə. Bu ölkələrin heç biri heç vaxt Rusiyaya hücum etməyib”.
Bizim.Media xəbər verir ki, bu barədə Aİ-nin diplomatiya rəhbəri Kaya Kallas Avropa İttifaqının xarici işlər nazirlərinin növbədənkənar videokonfransından sonra bildirib.
Bu səbəbdən onun fikrincə, istənilən sülh sazişində Rusiyadan güzəştlər əldə etməyə, onun aqressiyanı birdəfəlik dayandırmasına və sərhədləri güc yolu ilə dəyişməyə cəhd göstərməməsinə fokuslanmaq lazımdır.
“Diqqət təcavüzkar Rusiyanın nə etməli olduğuna yönəlməlidir. Ukraynanın nədən imtina etməsinə yox. Bu gün biz ümumi prinsiplərimizi təsdiqlədik:
Ukraynanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və özünümüdafiə hüququnun toxunulmazlığı. Bir sözlə, Ukrayna haqqında Ukraynasız heç nə prinsipi”, – deyə o bəyan edib.
Bizim.Media






























































































